Borrel Rusiyanın Ukraynaya nüvə hücumuna cavabdan danışdı

Dünya

Rusiya Ukraynaya nüvə zərbəsi endirmək qərarına gələrsə, Avropa İttifaqı (Aİ) mütləq cavab verəcək.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Avropa Diplomatik Akademiyasında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Ukraynaya nüvə hücumu Aİ, ABŞ və NATO-nun güclü reaksiyasına səbəb olacaq.

“Cavab nüvə silahı ilə olmasa da, hərbi baxımdan böyük olacaq”, – deyə Borrel vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanı vuracağı təqdirdə ölkəsinin nüvə silahından istifadə etməyəcəyini bildirib.

Mənbə: RBK-Ukraina

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir