Lukaşenko Türkiyə və Pakistana səfər edəcək

Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko Pakistan və Türkiyəyə səfər etməyi planlaşdırır.

Bu barədə cümə axşamı Belarus liderinin mətbuat katibi Natalya Eysmont Belarus liderinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Pakistanın baş naziri Şahbaz Şərif və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarının yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, Lukaşenkonun Pakistana səfəri daha əvvələ planlaşdırılsa da, onların həyata keçirilməsində ləngimə olub.

Belarus dövlət başçısının Türkiyəyə səfər təklifi isə onun Ərdoğanla bugünkü görüşü zamanı Türkiyə Prezidenti tərəfindən səsləndirilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir