UEFA Avropa Liqasının qrup mərhələsində bu axşam IV turun oyunları keçirilir.
Ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq ki, onlardan bəziləri artıq başa çatıb.
Türkiyə təmsilçilərindən “Fənərbağça” Kiprdə AEK (Larnaka) komandasının qonağı olub. İstanbul təmsilçisi qələbə sayəsində ilk iki pillədən birini təmin edib – 1:2.
Qeyd edək ki, bir qədər sonra başlanacaq qarşılaşmada qonşu ölkənin digər komandası “Trabzonspor” Fransa “Monako”sunu qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
13 oktyabr
A qrupu
“Budö Qlimt” (Norveç) – “Arsenal” (İngiltərə) 0:1
B qrupu
AEK (Larnaka, Kipr) – “Fənərbağça” (Türkiyə) 1:2
“Dinamo” (Kiyev, Ukrayna) – “Renn” (Fransa) 0:1
C qrupu
“Betis” (İspaniya) – “Roma” (İtaliya) 1:1
D qrupu
“Yunion” (Belçika) – “Braqa” (Portuqaliya) 3:3
F qrupu
“Feyenoord” (Niderland) – “Midtüllan” (Danimarka) 2:2
G qrupu
“Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) 0:0
“Nant” (Fransa) – “Frayburq” (Almaniya) 0:4
www.102info.az