Türkiyənin müdafiə naziri Hulusi Akar cümə axşamı NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı çərçivəsində yunanıstanlı həmkarı Nikos Panaqiotopulos ilə görüşüb.
Danışıqlar zamanı hər iki tərəf Afina ilə Ankara arasında gərginliyin aradan qaldırılmasının vacibliyini bəyan ediblər.
Həmçinin, nazirlər Türkiyə və Yunanıstan arasında əlaqə kanallarının açıq qalması ilə bağlı razılığa gəliblər.
40 dəqiqə davam edən görüşlə bağlı rəsmi açıqlamada, beynəlxalq hüquq və mehriban qonşuluq qaydaları əsasında bölgədə sabitlik atmosferinin yaradılmasının zəruriliyi vurğulanıb.
Mənbə: TASS
www.102info.az