Tehran səmasına üzərinə “Zülm qalmaz” şüarı yazılmış şarlar buraxılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
İran hökumətinin şəhərlərin qapılarından və divarlarından anti-diktator şüarlarını silmək üçün əbəs cəhdləri davam edərkən, İran vətəndaşı oktyabrın 13-də Tehranda xalq qiyamına dəstək olaraq İslam Respublikası rejiminə qarşı maraqlı etiraz aksiyası keçirib.
Belə ki, o, “Zülm qalmaz” şüarı yazılmış böyük bir pankartı şarlar vasitəsilə paytaxt səmasına qaldırıb.
www.102info.az