İranın Tehran şəhərində etirazçılar dinc əhaliyə atəş açan və bir neçə nəfəri yaralayan “Bəsic” zabitini yandırıblar.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, narazı insanlar ötən gecə hava qaralanda nümayişə başlayıblar. Xüsusi təyinatlılar və “Bəsic” qüvvələri birbaşa atəş açaraq etirazçıları dağıtmağa çalışıblar.
Hökumət qüvvələrinin açdığı atəş nəticəsində bir neçə gənc ağır yaralanıb. Xalqın müqavimətindən sonra repressiv qüvvələr gənclərin hücumu nəticəsində qaçmağa məcbur olublar.
Digər xüsusi təyinatlılardan ayrı düşən “Bəsic” zabiti qəzəbli kütlə tərəfindən ələ keçirilib və üzərinə neft tökülərək yandırılıb.
www.102info.az