“20-ci əsrin 20-ci illərinin əvvəllərində Fransanın Baş naziri olmuş Jorj Klemansonun gözəl bir sözü var. O, parlamentdə çıxış edərkən dedi ki, əgər biz Azərbaycanı itirsək, bütün Qafqazı itirəcəyik. Bu gün də Makron həmin iddialarla çıxış edərsə, bütün Qafqazı itirməli olacaq”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Qasımlı deyib.
Millət vəkili qeyd edib ki, qapanmış Qarabağ məsələsini yenidən gündəmə gətirmək istəyən Makron və digər Qərb siyasətçiləri bu tarixdən ibrət almalıdırlar.
Ətraflı videonu təqdim edirik:
www.102info.az