Türkiyədə mədən partlayışı: 87 nəfər yerin altında qalıb – VİDEO

Dünya

Türkiyənin şimalında daş kömür mədənində partlayış baş verib. Hadisə Bartın vilayətinin Amasra bölgəsində qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində 87 mədənçi yerin altında qalıb.

Hazırda onların xilas edilməsi üçün əməliyyat aparılır.

İnsidentin səbəbləri araşdırılır.

Mənbə: Haber Global

www.102info.az