Ukraynanın Almaniyada səkkiz il səfiri olmuş Andrey Melnik bu vəzifədə fəaliyyəti bitdikdən sonra da səssiz qalmayacağını bildirib.
Melnik alman siyasətçilərinin müəyyən bəyanatlarını və yanaşmalarını kəskin tənqid etməsi ilə tanınır.
O, bu açıqlamanı Ukraynaya yola düşməzdən əvvəl verib.
Andrey Melnik qeyd edib ki, o, Almaniyada xələfinin “yolunda dayanmaq” və ya “səfir müavini” olmaq niyyətində deyil. Lakin eyni zamanda da əlavə edib ki, “susmağa davam edəcəyinə söz verə bilməz”.
“Əgər görsəm ki, Almaniyada ölkəmə dəstəklə bağlı yanlış gedən nəsə var, o zaman kəskin şərhlər də daxil olmaqla, öz sözümü deyəcəm”, – deyə keçmiş səfir vurğulayıb.
Mənbə: Yevropeyskaya pravda
www.102info.az