Dünyada meymunçiçəyinə yoluxanların sayı 73 minə yaxınlaşıb. Vuris nəticəsində 28 nəfər ölüb.
Bu məlumatları cümə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərc edib.
Məlumata görə, 109 dövlətdə 72 947 təsdiqlənmiş hal və 1 094 şübhəli hal qeydə alınıb. Həmçinin, 23 ölkədə son yeddi gündə yoluxamların artdığı bildirilib.
Vurğulanıb ki, ilin əvvəlindən ən çox yoluxma halı ABŞ (26 834), Braziliya (8521), İspaniya (7239), Fransa (4064), Böyük Britaniya (3654), Almaniya (3651), Peru (2768), Kolumbiya (2730), Meksika (2147) və Kanadada (1411) aşkar olunub.
“3-9 oktyabr həftəsində dünya üzrə 2730 yoluxma qeydə alınıb ki, bu da əvvəlki yeddi günlə müqayisədə 10,4% azdır. Son dörd həftə ərzində bildirilən halların əksəriyyəti Amerikada (87,5%) və Avropada (10,4%) açkarlanıb. Xəstəliyə yoluxanların böyük əksəriyyəti (97,1%) 29-42 yaş arası kişilər olub”, – deyə məlumatda bildirilib.
Mənbə: TASS
www.102info.az