“Rusiya Federasiyası, NATO və Avropa İttifaqı “çox uzun soyuq müharibə”nin başlanğıcındadır”.
Bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaykkonen bildirib.
O həmçinin qeyd edib ki, bu ölkələr arasında münasibətlərin yaxşılaşdırılması uzun zaman alacaq.
Kaykkonenin sözlərinə görə, Rusiya xalqı Avropa xalqından çox fərqlidir. “Əsas fərq isə ondan ibarətdir ki, rusiyalılar “yalnız gücə hörmət edirlər” və onların məntiqi avropalıların məntiqi ilə uyğun gəlmir”, – deyə Kaykkonen qeyd edib.
“Bizim üçün ağlabatan görünən onlar üçün elə olmaya bilər”, – deyə Finlandiya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.
Mənbə: Gazeta.ru
www.102info.az