Ermənistan Türkiyəyə başsağlığı verib – FOTO

Dünya

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Bartın şəhərindəki mədən partlayışı ilə bağlı Türkiyəyə başsağlığı verib.

Bu barədə Ermənistan XİN başçısı öz “Twitter”ində yazıb.

“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, – A.Mirzoyan qeyd edib.

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir