Polşanın texniki xidmətləri “Drujba” neft kəmərinin zədələnmiş hissəsinin təmirini başa çatdırıb.
Eyni zamanda bu kəmər üzrə neft nəqli də bərpa edilib.
Bu barədə boru kəmərinin Polşa hissəsinin operatoru – PERN şirkəti öz saytında məlumat verib.
“Şənbə günü PERN-in texniki xidmətləri zədələnmiş boru kəmərinin iş qabiliyyətini tam bərpa edib. Bu kəmər vasitəsilə neft şirkətin Almaniyadakı müştərilərinə nəql edilir. Hazırda qərb hissəsinin hər iki kəməri ilə tədarüklər həyata keçirilir”, – deyə şirkətdən qeyd edilib.
Mənbə: TASS
www.102info.az