Türkiyənin Bartın vilayətində yerləşən mədəndə baş verən partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb.
Müvafiq məlumatlar Türkiyə mətbuatında yer alıb.
Bildirilib ki, hazırda xəstəxanada 9 nəfərin müalicəsi davam edir. Onlardan 5-nin vəziyyəti ağırdır. Partlayışdan sonra mədəndən 58 işçi xilas edilib. Hadisə zamanı həyatını itirənlərin sayı 41 isə nəfərdir.
Qeyd edək ki, hadisə oktyabrın 14-də baş verib. Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli ərazidə yerləşib.
Hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqat aparılır.
www.102info.az