İran Ukraynaya qarşı müharibə üçün yer-yer tipli ballistik raketləri Rusiyaya ötürməyi planlaşdırır.
Bu barədə “Washington Post”a iki amerikalı məmur məlumat verib.
Onların sözlərinə görə, ABŞ-ın müttəfiq dövlətlərindən birinin kəşfiyyatı belə nəticəyə gəlib.
Kəşfiyyatçılar artıq ABŞ və Ukraynanı məlumatlandırıblar.
Qeyd olunur ki, artıq zavodlarda “Fateh-110” və “Zülfüqar” raketlərinin ilk partiyası hazırlanır. Bu qısamənzilli ballistik raketlər müvafiq olaraq 300 və 700 km məsafədəki hədəfləri vura bilir.
www.102info.az