Kiyevə kamikadze dronları ilə hücum: Əhaliyə xəbərdarlıq edildi

Dünya

Səhər saatlarında Ukraynanın Kiyev şəhərində partlayışlar baş verib.

Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

“Bütün xidmətlər hadisə yerinə yollanır. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!” – deyə Kliçko insanları ehtiyatlı olmağa çağırılıb.

Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze dronlarla hücum edildiyini bildirib.

Mənbə: UNİAN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir