“Barselona” prezidentinin oğlu Madriddə saxlanıldı – FOTO

Dünya

“Barselona”nın prezidenti Joan Laportanın oğlu Gillem Laporta Madriddə saxlanılıb.

Bildirilir ki, buna səbəb onun restoranların birində yanındakı xanımla münaqişəsi olub – Gillem onlarla insanın gözü qarşısında qadını hədələyərək silkələyib.

Bundan başqa, polis gələndə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aqressiv davranıb və saxlanılarkən onlara müqavimət göstərib.

Mənbədən verilən məlumata görə, G.Laporta qəddar rəftarda ittiham olunur və yaxın saatlarda məhkəmə qarşısına çıxacaq.

Mənbə: 20minutos.es

www.102info.az