Ukraynanın Kiyev şəhərində kamikadze dron zərbələri nəticəsində Şevçenko rayonunda yaşayış evində partlayış baş verib.
Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
“Hazırda 18 nəfər xilas edilib”, – deyə o qeyd edib.
Dağıntılar altından ölən qadının cəsədi çıxarılıb. Daha bir nəfər dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri davam edir. Üç yaralı xəstəxanaya yerləşdirilib.
Mənbə: UNİAN
www.102info.az