“İran ukraynalıların qətlinə görə birbaşa məsuliyyət daşıyır. Öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır”.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak öz “Twiter”ində yazıb.
M.Podolyakın fikrincə, Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ümumilikdə Rusiya İrandan 2 400 pilotsuz təyyarə sifariş edib. İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə bu xəbərlərin əsasız olduğunu bildirib.
“İran Rusiyaya heç vaxt intiharçı dronlar verməyib”, – H. Abdullahian Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə telefon söhbətində bildirib. Diplomat bildirib ki, onun ölkəsi Rusiya-Ukrayna münaqişəsində neytral mövqe nümayiş etdirir.
Iran is responsible for the murders of Ukrainians. Country that oppresses its own people is now giving ru-monsters weapons for mass murders in the heart of Europe. That is what unfinished business and concessions to totalitarianism mean. The case when sanctions are not enough…
— Михайло Подоляк (@Podolyak_M) October 17, 2022
www.102info.az