İranın şimalındakı Gilan əyalətinin hakimiyyət orqanları iğtişaşlar törətmək, dinc əhaliyə hücum etmək və ictimai əmlaka ziyan vurmaqda təqsirli bilinən azı 880 nəfəri saxlayıb.
Bu barədə bazar ertəsi “Tasnim” agentliyi regional polis rəisi Hüseyn Həsənpura istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, iğtişaş törədənləri mühakimə edəcəklər, lakin onlardan bəziləri artıq sərbəst buraxılıb.
Bundan əlavə, təhlükəsizlik qüvvələri vilayət ərazisində yandırıcı qarışıqların istehsalı ilə məşğul olan və vandalizm aktları törətmək niyyətində olan dəstəni müəyyən etməyə nail olub. Onların üzərindən molotov kokteyli və kəsici silahlar aşkar edilib.
Mənbə: TASS
www.102info.az