100 yaşlı cütlük uzun illik evliliklərinin sirlərini açıqladı: Hər gün mübahisə – FOTO

Dünya

100 illik yubileylərini qeyd edən və 75 il birlikdə yaşayan britaniyalı cütlük evliliklərinin sirrini açıqlayıb. Ancaq bu açıqlamaları ilə onlar bir çoxlarını heyrətləndiriblər. Belə ki, britaniyalı cütlük hər gün mübahisə etməyi möhkəm evliliyin sirri adlandırıblar.

Məlumata görə, Ketterinq şəhərindən olan Jozefina və Alfred Uoterfild İkinci Dünya müharibəsinin başlamasından bir il əvvəl tanış olublar. Onlar 1947-ci ildə evləniblər. Cütlüyün dörd nəvəsi və bir o qədər nəticəsi var.

Jozefina və Alfredin oğlu, 74 yaşlı Allen, valideynlərinin həqiqətən həmişə mübahisə etdiyini təsdiqləyib.

“Ciddi bir şey yoxdur, sadəcə mübahisə edirlər. Bu günlərdə evlilik nadir hallarda bu qədər uzun çəkir, ona görə də düşünürəm ki, hər şeyi düz edirlər, bu əladır. Bu, hamımız üçün ümiddir”, – deyə o, bildirib.

Mənbə: The Mirror

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir