Türkiyədə dezinformasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutan qanun QÜVVƏYƏ MİNDİ

Dünya

Türkiyədə media və sosial şəbəkələrdə dezinformasiya kimi tanınacaq mesajlara üç ilə qədər həbs cəzası nəzərdə tutan qanun qüvvəyə minib.

Qanunun mətni “Resmi Gazete”də dərc olunub.

Qüvvədə olan cinayət məcəlləsinin 29-cu maddəsinə dəyişiklik edilib:

“Əhali arasında təşviş, qorxu yaratmaq məqsədi ilə açıq şəkildə yalan məlumat yayan şəxs bir ildən üç ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Müvafiq qanun layihəsi ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının təşəbbüsü ilə parlamentə təqdim edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir