Finlandiyada rusiyalıların əmlakları müsadirə edilə bilər

Dünya

Finlandiya hökuməti rusiyalıların əmlakının müsadirə edilə biləcəyini açıqlayıb.

Eyni zamanda qeyd edilib ki, bu hal Rusiya vətəndaşlarına məxsus əmlakların ölkənin təhlükəsizliyi üçün vacib olan ərazidə yerləşdiyi təqdirdə mümkün ola bilər.

Bu barədə Finlandiya müdafiə naziri Antti Kaykkonen bəyanat verib.

“Həmçinin real risk müəyyən edilərsə və kifayət qədər əsaslar təqdim olunarsa, bu mümkündür”, – deyə nazir qeyd edib.

O əlavə edib ki, yaxın həftələrdə daşınmaz əmlakla bağlı əməliyyatlara dair qanunvericiliyin sərtləşdirilməsi üçün təklifləri ölkə parlamentinə təqdim edəcək. Təklifdə müştərilər Avropa İttifaqının (Aİ) vətəndaşı olmadığı halda sərtləşdirilmələrin tətbiq edilməsi nəzərdə tutulacaq.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir