Avstraliyada əvvəlki hökumətin Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ləğv edilib. Bu məlumatı ölkənin xarici işlər naziri Penni Vonq təsdiqləyib.
Belə ki, oktyabrın 18-də Vonq tərəfindən yayılan bəyanatda Avstraliyanın hazırkı hökumətinin Qüdsün yekun statusunu sülh danışıqları ilə həll olunacaq məsələ kimi gördüyü bildirilib.
“Bu, Skott Morrisonun hökumətinin Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımasını ləğv edir”, – deyə sənəddə qeyd edilib.
Nazir vurğulayıb ki, Avstraliya səfirliyi həmişə Təl-Əvivdə olub və orada da qalır.
Mənbə: TASS
www.102info.az