Baku TV-nin Ukraynadakı əməkdaşı: “Rusiyalı əsgərlər mülki şəxslərin avtomobillərini oğurlayaraq…” – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın azad olunmuş ərazilərinə hücumları davam edir.

Qeyd edilib ki, ötən gün Kiyev vilayətinə Belarus ərazisindən 28 PUA hücumu olub.

“Bu hadisədən sonra Ukraynada ölkəboyu hər saat hava hücumu ilə bağlı həyəcan siqnalları verilməyə başlayıb”, – deyə jurnalist əlavə edib.

O da bildirilib ki, dünən Donetskin azad olunmuş ərazilərinə Rusiya diversiya qrupları hücum ediblər. 

“Onlar mülki şəxslərin avtomobillərini oğurlayıb şəhərlərə, hərbi hissələrə girərək, qarışıqlıq yaratmağa və separatçıların buraya daxil olmasına çalışırlar. Lakin Ukrayna Ordusu, hətta yerli özünümüdafiə orqanları əhalinin köməyi ilə bunun qarşısını alırlar”, – deyə qeyd edilib.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir