Rusiyanın Xabarovsk vilayətində baş verən yanğın nəticəsində 4 uşaq həlak olub.
Belə ki, Nanayski rayonunun Sinda kəndində gecə saatlarında yaşayış binasında yanğın baş verib.
İlkin məlumatlara görə, böyüklər tərəfindən evdə tək buraxılmış 4 azyaşlı hadisə nəticəsində həyatlarını itirib.
Faktla bağlı “ehtiyatsızlıqdan ölümə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.
Mənbə: İnterfaks
www.102info.az