Mask açıqladı: Ukraynada “Starlink” peyklərinin istismarı üçün Pentaqondan pul alır? – FOTO

Dünya

Amerikalı sahibkar İlon Mask Ukraynada “Starlink” peyklərinin istismarı üçün Pentaqondan pul almır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “SpaceX”in qurucusu özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukraynada 25 000 “Starlink” terminalından təxminən 11 000-nin işi bəzi ölkələr, şirkətlər və fiziki şəxslər tərəfindən ödənilir.

“ABŞ Müdafiə Nazirliyindən pul yoxdur, lakin bir sıra digər ölkələr, təşkilatlar və şəxslər 25.000 terminaldan təxminən 11.000-nin xərcini ödəyirlər. “SpaceX” ödənilməmiş xidmətlər və artan təhlükəsizlik ilə bağlı kiberhərbi müdafiə tədbirlərinə görə ayda təxminən 20 milyon dollar itirir, lakin biz bunu davam etdirəcəyik”, – deyə biznesmen yazıb.

Qeyd edək ki, Mask bundan əvvəl Ukraynadakı “Starlink” terminallarının işinin maliyyələşdirilməsi xahişi ilə ABŞ Müdafiə Nazirliyinə müraciət etdiyini, lakin sonradan müraciətini geri götürdüyünü bildirib.

 

www.102info.az