ABŞ-da “F-35” yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb – VİDEO

Dünya

ABŞ-ın Yuta ştatındakı yaşayış məntəqələrinin birinin yaxınlığında “F-35” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin 388-ci Aviasiya Alayının “Twitter” səhifəsində məlumat verilib. 

Məlumatda qeyd olunub ki, pilot katapult etməklə xilas olunub.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Hələlik qırıcının qəzaya uğramasının səbəbləri barədə məlumat verilmir.

www.102info.az