Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə sentyabrın 29-da Qara dənizdə baş verən insidentlə bağlı müzakirə aparıb.
Rəsmi Londondan bildirilib ki, Rusiyanın “Su-27” qırıcılarından biri beynəlxalq hava məkanında uçan Britaniyanın kəşfiyyat təyyarəsi “RC-135 Rivet Joint”ə raket atıb.
Hadisənin silahsız “RC-135 River Joint” kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində gündəlik patrul həyata keçirdiyi vaxt baş verdiyi vurğulanır.
Britaniyalı diplomatın sözlərinə görə, Rusiya rəsmilərinin apardığı araşdırma raketin “Su-27” tərəfindən səhvən buraxıldığını göstərib.
Mənbə: TASS
www.102info.az