Zelenski: “İran hökumətinə inanmıram” – VİDEO

Dünya

“Mən İran rəhbərliyinə inanmıram”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın CTV telekanalına müsahibəsində deyib.

“Mən onların sözünə inanmıram. İran xalqını nəzərdə tutmuram, hökuməti nəzərdə tuturam. Xatırlayırsınızsa, Ukrayna mülki təyyarəsi İran raketi ilə vurulanda İran hökuməti “bunu biz etmədik” deyə bəyanat verdi. Bizim və tərəfdaş ölkələrin ekspertlərinin araşdırmaları nəticəsində biz detalları müəyyən etdik və şübhəsiz, aydın oldu ki, bunu İran vurub və İran hökuməti bu həqiqəti gizlətməyə çalışırdı. Biz bütün sübutları təqdim etdikdən sonra nəhayət İran hökuməti etiraf etdi ki, bunu onların hərbi qüvvələri edib. Onlar bununla bağlı başsağlığı verdi. Mən vurğulamalıyam ki, bu “başsağlığından” başqa, İran tərəfi heç bir şey etmədi. Onlar bildirmişdi ki, bu faciədə ailələrini, yaxınlarını itirən şəxslərə kompensasiya verəcəklər, onları dəstəkləyəcəklər. Bir neçə dəfə İran Prezidenti ilə telefonla danışdım, müxtəlif səviyyələrdə müzakirələr oldu, ancaq əvəzində İran hökuməti nə etdi? Heç bir şey. Əgər siz birinin həyatına son qoyursunuzsa, bunun əvəzində sadəcə telefon zəngi kifayət etmir.

Bütün bunları deməkdən utanmıram və İran rəhbərliyindən çəkinmirəm”, – Ukrayna dövlət başçısı qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir