Qazaxıstanda məktəblər yenidən məcburi maska rejiminə keçir

Dünya

Qazaxıstanın Aktobe şəhərinin məktəblərində COVID-19-a yoluxma hallarının kəskin artması ilə əlaqədar məcburi maska ​​rejiminin tətbiqinə başlanılıb.

Yerli mətbuatın yazdığına görə, orta təhsil müəssisələrində 500-ə yaxın uşaq virusa yoluxub, onlardan 45-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər vəziyyətin daha da gərginləşəcəyini istisna etmir və virusun yayılmasının qarşısını almaq üçün məktəblərdə qadağaların tətbiqinə çağırır.

Mənbə: Sputnik Qazaxıstan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir