ABŞ-da uşaq xəstəxanaları yoluxucu virusla əlaqədar dolub

Dünya

ABŞ-da uşaq xəstəxanalarında tənəffüs yolları virusunun (RSV) yayılması səbəbindən sıxlıq yaranıb.

Konnektikut ştatının Hartforddakı tibb müəssisəsi xəstələrin çoxluğuna görə gərgin işləyir.

Həkimlər xəstələri qəbul etmək üçün açıq havada çadır qurmağa üçün Milli Qvardiya və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) ilə danışıqlar aparır.

Qeyd edək ki, tənəffüs yolları infeksiyasına yoluxma halları sentyabrın əvvəlindən indiyədək müşahidə olunmayan sürətlə artmağa başlayıb.

Nyu-Heyven Uşaq Xəstəxanası bir həftə ərzində təcili yardıma iki dəfədən çox xəstə daxil olub, onların sayı 57-dən 106-ya qədər artıb.

Belə ki, hər gün virus şikayəti ilə 30-a qədər uşaq tibb müəssisəsinə daxil olur. 

Mənbə: The Hill

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir