“ABŞ-ın keçmiş prezidenti Donald Trampın Mar-a-Laqo malikanəsində Federal Təhqiqat Bürosu (FTB) tərəfindən müsadirə edilən sənədlərdə İran və Çinlə bağlı məxfi kəşfiyyat məlumatları var idi”.
Bu barədə mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.
Mənbələrin məlumatına görə, bu sənədlərdən ən azı birində İranın raket proqramından bəhs edilir. Digər sənədlərdə Çin Xalq Respublikası ilə bağlı xüsusi kəşfiyyat fəaliyyəti təsvir edilib.
Bildirildiyinə görə, sənədlərdə yer alan məlumatlar ABŞ-ın istifadə etdiyi məlumat toplama metodlarını ifşa edə bilər. Mütəxəssislər hesab edirlər ki, bu cür məlumatların açıqlanması Amerika kəşfiyyatına kömək edən insanlara təhlükə yaradacaq. Məlumat toplamaq metodları isə pozula bilər. Həmçinin qeyd edilir ki, digər ölkələr və ya ABŞ-ın düşmənləri ABŞ-ın gizli şəkildə etdiyi hərəkətlərə görə qisas ala bilərlər.
ABŞ-ın keçmiş prezidentinin malikanəsində axtarışlar zamanı tapılan İran və Çinlə bağlı sənədlər ən məxfi sənədlərdən hesab olunur.
Mənbə: TASS
www.102info.az