Rusiyanın Perm şəhərində yerləşən barıt zavodunda yanğın baş verib.
Bölgənin fövqəladə hallar xidməti yanğın nəticəsində iki nəfərin öldüyünü, bir zərərçəkənə tibbi yardımın göstərildiyini bildirib.
Hadisə plastikdən hazırlanmış binada baş verib. Yanğınsöndürənlərin yanğını 20 kvadratmetr sahədə lokallaşdırdığı bildirilir.
İnsident qurbanlarının sayının artması istisna deyil.
Yanğının təfərrüatları araşdırılır.
www.102info.az