Almaniyanın bir sıra iri şəhərlərində ölkədəki enerji böhranı fonunda mitinqlər keçirilib.
“Həmrəylik Payız” Alyansı əhalini nümayişlərə çağırıb. Nümayişçilər “Böhran yoluyla həmrəylik” devizi altında şənbə günü Berlində də küçələrinə çıxıblar.
şəhər polisinin məlumatına görə, Almaniya paytaxtında keçirilən aksiya “sakit və rahat” atmosferdə keçib.
Berlindən başqa Drezden, Düsseldorf, Frankfurt-Mayn, Hannover və Ştutqartda da nümayişlər baş tutub. Ölkə üzrə ümumilikdə 20 min iştirakçının mitinqlərdə iştirak etdiyi qeydə alınıb.
Mənbə: iz.ru
www.102info.az