Avstriyanın Aİ-dən çıxması zərurəti oktyabrın 22-də Vyanada etirazçılar tərəfindən elan edilib.
Nümayişin təşkilatçıları ölkənin təhlükəsizlik və iqtisadi siyasətinin dövlətin maraqlarına uyğun olmadığı üçün onun Aİ-dən çıxmasının vacibliyini bildiriblər.
Avstriya vətəndaşlarının bu mövqeyini əllərində tutduqları “Avstriya neytral qalır” və “Təhlükəsiz sərhədlər – təhlükəsiz gələcək” plakatları da aydın şəkildə göstərib.
Polisin məlumatına görə, aksiya zamanı hər hansı insident müşahidə edilməyib.
Mənbə: rossaprimavera.ru
www.102info.az