Moldovada mövcud hökumətə qarşı növbəti mitinq keçirilir.
Kişinyovda etirazçılar hökumətin və prezidentin istefasını, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Qeyd edək ki, mütəmadi aksiyalar sentyabrın 18-dən başlanıb.
Etirazçılar qaz və ərzaq qiymətlərinin artmasına, yüksək inflyasiyaya və həyat səviyyəsinin aşağı düşməsinə qarşı çıxırlar. Nümayişçilər ölkə hakimiyyətini böhranın öhdəsindən gələ bilməməkdə ittiham ediblər.
Mənbə: news.ru
www.102info.az