Rusiyanın Kuril adalarında dörd nəfərlik turist qrupu itib. Onların İturup adasında yoxa çıxdıqları bildirilir.
Sonuncu dəfə onlarla Baranski vulkanının ətəyində əlaqə saxlanılıb.
Qrup 60 kilometrlik marşrutu tamamlamalı idi. Ancaq qrupun üç üzvünün səhhətində taxikardiya, allergiya, yüksək hərarət kimi problemlər yaranmağa başlayıb.
İtən turistlərin axtarışı üçün xilasedicilər cəlb ediliblər. Onlar artıq qrupun yoxa çıxdığı güman edilən yerdən 10 kilometr aralıdakı adaya düşüblər.
Mənbə: Mk.ru
www.102info.az