Güney Azərbaycan fəalları ölkə boyu kütləvi aksiya üçün gün təyin etdilər – FOTO/VİDEO

Dünya

Güney Azərbaycanın milli fəalları narazı vətəndaşlara etiraz aksiyalarına qoşulmaqla bağlı çağırış ediblər. 

Nümayiş çərşənbə günü – 26 oktyabr axşam saatlarına təyin olunub.

Aksiyaçıların bir neçə şəhərdə payladıqları çağırış vərəqələrində Azərbaycan dilində “Azərbaycan qızları, azadlıq ulduzları”, “Azərbaycan diyarımız, demokratiya şüarımız”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Azadlıq, Ədalət, Milli hökumət!” kimi şüarların səsləndirilməsi təklif edilib.

Aksiyaçılar Azərbaycan şəhərlərinin əsas küçə və meydanlarında toplaşmağı planlaşdırıblar. 

Mənbə: Günaz TV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir