İki fransız turist Venesiyada qayıq oğurlayıb.
Təxminən 20 yaşlarında olan gənclər sahil kənarına bağlanmış qayığı açaraq onun üzərində Böyük Kanal boyunca üzüblər. Bu zaman yaxınlıqdakı hotellərdən birinin işçiləri onları görüblər.
Hadisəni törədən şəxslər polis tərəfindən həbs edilib.
Qayığın sahibi turistlərdən 10-15 min avro tələb etmək niyyətindədir. Onun sözlərinə görə, əcnəbilər qayığın dekorasiyasını, yastıqlarını və sənədlərini suya atıblar. Bu əşyaların itməsi onun istismara qaytarılmasına mane olur.
Mənbə: gazeta.ru
www.102info.az