“Taliban”: “İran əfqanlara təlim keçib Ukraynadakı döyüşlərə göndərir”

Dünya

İran Məşhəd şəhərində yerləşən hərbi düşərgədə əfqanlara təlim keçir.

Anonim “Taliban” rəsmisi iddia edir ki, təlimi bitirmiş əfqanlar Rusiya ordusunun tərkibində Ukraynaya qarşı hərbi əməliyyatlara cəlb olunurlar.

Mənbənin digər iddiasına görə, Ukraynaya qarşı döyüşəcək əfqanlara Rusiya Federasiyası vətəndaşlığı və maddi kömək sözü verilib. 

“Taliban” rəsmisi hadisə ilə bağlı öz narahatlığını da ifadə edib. Belə ki, İran İslam Respublikasının Ukrayna münaqişəsindən keçmiş əfqanlardan öz maraqları üçün istifadə edə biləcəyi də istisna edilmir.

Mənbə: Afghanistan International

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir