NATO-ya üzv olmaq üçün müraciət edən Finlandiya Türkiyənin Ankara şəhərinə heyət göndərib.
Finlandiya Ədliyyə Nazirliyinin rəsmiləri ilə Türkiyə Ədliyyə Nazirliyinin rəsmiləri arasında görüş başlayıb.
İclasda Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə Xarici Əlaqələr və Avropa İttifaqı Baş İdarəsinin direktoru Kasım Çiçək başçılıq edir.
Qeyd edək ki, Finlandiya İsveçlə birlikdə NATO Zirvə Toplantısının keçirildiyi İspaniyanın paytaxtı Madriddə Türkiyə ilə terror təşkilatlarına qarşı əməkdaşlıq öhdəliyi götürərək üçtərəfli memorandum imzalayıb.
Mənbə: TRT Haber
www.102info.az