Böyük Britaniyaya yenicə təyin olunmuş Baş nazir Rişi Sunak ölkəsinin iqtisadi böhran yaşadığını bildirib.
“Hazırda ölkəmiz dərin iqtisadi böhranla üz-üzədir”, – deyə Sunak Baş nazir kimi təsdiqləndikdən sonra xalqa müraciətində qeyd edib.
O vurğulayıb ki, Ukraynadakı böhran enerji bazarlarında sabitliyi və təchizat zəncirlərini pozub:
“İqtisadi sabitlik və etimad hökumət üçün ön planda olacaq. Bu o deməkdir ki, çətin qərarlar qəbul edilməlidir”.
Mənbə: Sky News
www.102info.az