Hazırda Polşa Silahlı Qüvvələrində 160 minə yaxın hərbçi var.
Bunu çərşənbə axşamı “Gələcəyin Polşası” konfransında ölkənin müdafiə nazirinin müavini Voyçex Skurkieviç deyib.
“Ümumilikdə, bizim müxtəlif xidmət növləri üzrə 160 minə yaxın hərbçimiz var”, – deyən nazir izah edib ki, söhbət həm peşəkar ordudan, həm də Milli Qvardiyanın analoqu olan Ərazi Müdafiə Qoşunlarından, könüllülərdən və hərbi təhsil müəssisələrinin tələbələrindən gedir.
Ordunun tədricən bu hədəfə doğru irəlilədiyini vurğulayan Skurkeviç, “Polşa Ordusunun say heyətini 300 minə çatdırmağa çalışırıq. Bu, 2035-ci ilin perspektividir”, – deyə bildirib.
Mənbə: TASS
www.102info.az