İran rejimi Kürdüstan və Ərdəbil əyalətlərindəki məktəbləri COVID və qrip bəhanəsilə bağlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, İranın Kürdüstan əyalətinin başçısı İsmayıl Zarei Kuşa bu gündən əyalətin bütün məktəb və universitetlərinin “СOVID və qrip hallarının artması” bəhanəsi ilə bağlanmasını əmr edib.
Bu göstəriş Məhsa Əmininin qətlə yetirilməsinin 40-cı günü ümumi etirazlar keçiriləcəyi ilə bağlı çağırışların yayıldığı ilə eyni vaxtda verilib.
www.102info.az