Üçüncü böyük xarici avtomobil istehsalçısı da Rusiyanı tərk etdi

Dünya

“Renault” və “Nissan”dan sonra “Mercedes-Benz” də Rusiya bazarını tərk edib.

“Mercedes-Benz RUS” (Almaniya avtokonserni “Mercedes-Benz AG”nin Rusiyadakı törəmə müəssisəsi) Moskva vilayətinin Esipovo şəhərindəki avtomobil zavodunu “Avtodom” diler holdinqinə satıb.

“Danışıqlar prosesi nəticəsində biz investisiya müqaviləsi üzrə razılığın yekun mərhələsinə çata bildik”, – deyə Rusiyanın Sənaye və Ticarət Nazirliyi bildirib.

“Mercedes-Benz” 2021-ci ilin sonunda Rusiyadakı aktivlərini iki milyard avro qiymətləndirmişdi.

Mənbə: Kommersant

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir