Ben Uolles: “Britaniya Türkiyəyə döyüş təyyarələri satmağa hazırdır” – VİDEO

Dünya

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyənin İstanbul şəhərində təşkil edilən “SAHA Expo 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisində iştirak edib.

Sərgidən təəssüratlarını danışan Ben Uolles “Bayraktar” pilotsuz uçuş aparatlarının imkanlarını yüksək qiymətləndirib.

“Bayraktar”ın imkanları ilə bir daha tanış oldum, Türkiyənin müdafiə sənayesi gücünə güc qatır. Gəlib İstanbulda bunu görmək mənim üçün vacib idi”, – deyə Ben Uolles vurğulayıb.

O, xatırladıb ki, Britaniya Türkiyəyə döyüş təyyarələri satmağa hazırdır:

“Amma bu, Türkiyə Hərbi Hava Qüvvələrindən və Türkiyə hökumətinin verəcəyi qərardan asılı olacaq”.

Britaniyanın müdafiə naziri həmçinin vurğulayıb ki, Türkiyə ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq mövcuddur.

Mənbə: Haber7

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir