İrandakı terror aktını İŞİD törədib – FOTO/VİDEO

Dünya

İranın Şiraz şəhərində ziyarətgaha təşkil olunan terror aktına görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə terror təşkilatı sosial media vasitəsilə məlumat yayıb.

Üç silahlı şəxs axşam saatlarında məscidə daxil olaraq oradakı işçilərə və ibadət edənlərə atəş açıb. Polis cinayətkarların ikisini tutub, bir nəfər isə qaça bilib.

İran Prezidenti İbrahim Rəisi hadisəyə münasibət bildirərkən deyib ki, bu pislik qətiyyən cavabsız qalmayacaq.

Terror aktı zamanı 20 nəfərin həlak olduğu, 40 nəfərin yaralandığı məlumdur.

Mənbə: TRT Haber

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir