ABŞ Avropada yeni nüvə silahlarının yerləşdirilməsini sürətləndirir

Dünya

ABŞ yeni “B61-12” taktiki havadan buraxılan nüvə bombalarının Avropada yerləşdirilməsini sürətləndirməyə qərar verib.

Bu qərar çətin siyasi vəziyyət fonunda verilib.

Bildirilir ki, bu ilin dekabr ayından onlar Avropa hava bazalarının sərəncamına veriləcək.

Bu barədə hökumətdəki mənbələr məlumat yayıblar.

Qeyd olunur ki, ABŞ silahlarının ən qısa zamanda təkmilləşdirilməsi ideyasının təşəbbüskarı Vaşinqtonun avropalı müttəfiqləridir.

“Rusiyanın nüvə ritorikasının güclənməsini nəzərə alaraq bəzi müttəfiqlər NATO ilə məsləhətləşmələrin davam etdirilməsini xahiş ediblər. Buna səbəb daimi hazırlığın (qüvvələrin və silahların) və məlumatların ardıcıl ötürülməsini təmin etməkdir”, – deyə məlumatda qeyd edilib.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir