Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Berns bu ayın əvvəlində Ukraynaya səfər edib.
Səfərdə məqsəd Ukrayna Prezidenti Volodimir Zelenski və digər rəsmilərlə görüşmək olub. Çünki müharibə növbəti ilə qədər uzana bilər.
Bu barədə iki məlumatlı mənbə xəbər verib.
“Ukraynada olarkən o, ABŞ-nin Ukraynaya dəstək verilməsi, o cümlədən kəşfiyyat məlumatlarının paylaşılması barədə öhdəliklərini gücləndirib”, – deyə ABŞ rəsmisi qeyd edib.
Mənbələr səfərlə bağlı ətraflı məlumat verməyiblər.
Mənbə: UNİAN
www.102info.az